PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

            31 yanvar 2023-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. İclas məktəbin direktoru Mehriban xanım Mustafayevanın çıxışı ilə başladı. Mehriban xanım pedaqoji heyəti salamlayaraq, gündəlikdə duran məsələlər haqqında müəllimləri məlumatlandırdı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Səbinə Həmidova-Əsgərova və Leyla Cəbrayılova, tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarovanın I yarımil üzrə hesabatları dinlənildi.
          İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmə və monitorinqlərin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi