Azərbaycan Milli Xalça muzeyinə ekskursiya

           29 yanvar 2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Rumiyə Xanafiyeva rəhbərlik etdiyi 3 "e" sinif şagirdləri ilə Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular.

         Şagirdlər muzeydəki eksponatlar, Azərbaycanın ayrı-ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış oldular. Ekskursiya zamanı şagirdlərə milli mədəniyyətimizin mühüm bir hissəsi olan Azərbaycanda zəngin xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat verildi, məktəblilərin sualları cavablandırıldı.

          Bu cür ekskursiyaların təşkili məktəblilərin xalqımızın zəngin mədəniyyəti, yüksək milli-mənəvi və mədəni dəyərləri barədə biliklərini artırır və onların dünyagörüşünü genişləndirir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#XalçaMuzeyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi