20 Yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya keçirildi

            19.01.2023-cü il tarixində 264 nömrəli məktəb-liseydə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

            Tədbirin bədii hissəsinin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

          Sonra 20 Yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş edilmişdir. O qanlı yanvar gecəsində vətənin, xalqın kimliyinin, mənliyinin müdafiəsi yolunda canlarını qurban verənlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, daha sonra isə 20 Yanvar hadisələrini əks etdirən film izlənildi.

          Sonda məktəbin direktoru Mehriban xanım Mustafayeva çıxış edərək bildirdi ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə etdi.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #20Yanvar #20January1990 #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi