Klassik Azərbaycan muğamları mövzusunda dərs

13.01.2023-cü il tarixində 264 nömrəli məktəb-liseyin musiqi müəllimi Aynur Quliyeva 6c sinfində musiqi fənnindən "Klassik Azərbaycan muğamları" mövzusunda dərs təşkil etdi.

Dərsin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunub saxlanılması, şagirdlərin Azərbaycan muğamları haqqında biliklərinin daha da dərinləşməsidir.

Musiqi müəllimi Aynur Quliyeva bu gün də dövlətimizin musiqiyə, xüsusən muğamlarımıza göstərdiyi diqqət və qayğıdan söz açdı. Şagirdlər kamança musiqi alətində muğamlardan hissələr dinlədilər. Bu onların böyük marağına səbəb oldu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi