Qanla yazılmış tariximiz

            12 yanvar 2023-cü il tarixində məktəbin Azərbaycan dili müəllimi Turan Salehova VIII sinif şagirdləri ilə birgə Qan yaddaşımıza həkk olunmuş 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Qanla yazılmış tariximiz" adlı dəyirmi masa təşkil etdi. İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə sinfin Azərbaycan dili muəllimi Turan Salehova açaraq bildirmişdir ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
          Ardınca məktəbin ingilis dili müəllimi Telman Rustəmov 20 Yanvar hadisələrinin canlı şahidi kimi çıxış edərək sagirdlərə qanlı tarix haqqında məlumat verdi.
          Daha sonra sagirdlərin hazırladıqları təqdimatlar və videoçarx izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi