Dərrakə yarışı keçirildi

      29 dekabr tarixində məktəbin coğrafiya müəllimi Dostuyeva Elmira 7-ci sinif rus bölməsi şagirdləri arasında coğrafiya fənnindən "Dərrakə yarışması" keçirdi. Yarış 6-ci sinif materialını və 7-ci sinifin ilk mövzularını əhatə etdi.

        Məqsəd 6-cı sinifdə keçirilən mövzuları təkrar edərək 7-ci sinifin gələcək mövzularını daha yaxşı mənimsəməkdir. 

Şagirdlər yarışmada çox böyük həvəslə iştirak etdilər.

        Yarışın qalibi 7 "D" sinif şagirdləri oldu. 2-ci yerdə 7 "E", 3-cü yerdə isə 7 "Q" sinif şagirdləri oldu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi