"Sönməyən Günəş" adlı təqdimat keçirildi

          Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsini nəzərə alaraq, 264 nömrəli məktəb-liseyin ibtidai sinif şagirdləri müəllimlərin rəhbərliyi ilə "Sönməyən Günəş"adlı təqdimat xarakterli tədbir ərsəyə gətirmişdilər. Ümummilli liderimizin həyatını əks etdirən divar qəzetləri, plakatlar hazırlanmışdır. Şeirlər,mahnılar ifa etməklə dahi Heydər Əliyev dühasına olan ehtiramlarını şagirdlər böyük məhəbbət və hörmətlə nümayiş etdirməyə çalışmışdılar.
           Ulu öndərimiz Heydər Əliyev tarix yaradan şəxsiyyətlərdən biridir.
           Bu gün insanlar həmin tarixi vərəqlədikcə, Heydər Əliyev düşüncəsinin, zəkasının, müdrikliyinin, böyüklüyünün şahidi oluruq.
            Məktəbin direktoru Mehriban Mustafayeva və direktor müavini Leyla Cəbrayılova təqdimatlarda iştirak etmiş, müəllim və şagirdlərə təşəkkürlərini bildirmişdilər.
             İbtidai siniflərin hamısında keçirilən təqdimatlar əsasında videoçarx hazırlanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi