Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirildi

            23 dekabr 2022-ci il tarixində 264 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri Xalidə Sultanova və Cəmilə Əliyeva görkəmli Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş "İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçirdilər.
         Tədbirdə böyük şairin həyat və yaradıcılığını əks etdirən bir-birindən maraqlı məlumatlar verildi, videoçarxlar nümayiş etdirildi. Məktəbin fəal şagirdləri tərəfindən şairin şeirləri söylənildi, sözlərinə bəstələnmiş mahnılar ifa edildi, "Səsli qız" əsərindən səhnəcik göstərildi. Hər bir ifa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi