Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Dəyirmi masa " keçirildi

         22 dekabr tarixində məktəbin Azərbaycan dili ve ədəbiyyat müəllimi Şəfiqə Cəfərova 11-ci sinif şagirdləri ilə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Dəyirmi masa " keçirdi.

      Şagirdlər şairin həyatından, yaradıcılığından, hərbi fəaliyyətindən, I Dünya müharibəsində iştirak etməyindən, müxtəlif qəzet və jurnallarla əməkdaşlığından "Cəmiyyəti-xeyriyyə" işlərindən söhbət açdılar.

       Şəfiqə Cəfərova şairin xalqımızın qan yaddaşından silinməyəcək, dəhşətli izlər buraxan repressiya illərindən danışdı.

        Müəllim şairin "Susmaram" şeiri ilə çıxışını bitirdi.

         Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!

        Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!

#ElmvəTəhsilNazirliyi #BakıTəhsilİdarəsi #264nömrəliMəktəb-Lisey#ƏhmədCavad130

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi