"Kölgən dövlət quşu, qondu başıma" adlı açıq dərs keçirildi

           Bu gün 264 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Azadə Süleymanova 8a sinif şagirdləri ilə Türk dünyasının böyük oğlu Əhməd Cavad yaradıcılığının 130 illiyinə həsr olunmuş "Kölgən dövlət quşu, qondu başıma!" adlı açıq dərs təşkil etdi. Dərsdə müəllim cümhuriyyət nəğməkarı, vətən fədaisi, xalqının milli oyanışı, dirçəlişi uğrunda canını sipər edən böyük şairin həyat və yaradıcılığı ilə bağlı maraqlı məlumatlar verdi. Şagirdlər şairin şeirlərini səsləndirdilər, musiqilərini ifa etdilər. Sonda A. Süleymanova bildirdi ki, sairin adət-ənənəmizə, kökününə, tarixinə bağlılığını, dilinə, dininə göstərdiyi qayğı bizim üçün bir örnəkdir və bu ənənəni qoruyub saxlamaq gələcək nəsillərə ötürmək siz gənclərin müqəddəs vəzifəsi olmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi