Əhməd Cavadın 130 illinə həsr olunmuş təqdimat keçirildi

          Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi davam edir.
       Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Malina Rüstəmova şairin həyat və yaradıcılığına həsr olunmuş təqdimat təşkil etdi. Təqdimatda şagirdlərə şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifi, yaradıcılığında milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış motivləri aparıci yer tutan lirik şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.
        Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda represiya qurbanı olmuş vətənpərvər kimi, Azərbaycan istiqlalının böyük şairi kimi yaddaslarimızdan heç zaman silinməyəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi