Sizinlə fəxr edirik!

           Beynəlxalq Steam Azərbaycan Festivalında məktəbin şagirdləri Fərid Dadaşov və Emil Teymurov iştirak etmişdir. Məktəbimizi Dron kateqoriyası üzrə "LOND" komandası təmsil etmiş, II yeri tutaraq GÜMÜŞ MEDALA layiq görülmüşdür.

           Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Dünya Full Karate birinciliyi Seykyokuşin Karate Xətai İdman Mərkəzi açıq birinciliyi 12-13 yaş (-45) kq çəki ilə yarışda məktəbin 8q sinif şagirdi Emin Ələkbərli I yerə layiq görülmüşdür.

            Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi şahmat idman növü üzrə kişilər arasında Bakı şəhər çempionatlığında məktəbin 9-cu sinif şagirdi Amin Qurbanov III yerə layiq görülmüşdür. Onu da qeyd edək ki, Amin Qurbanov dəfələrlə şahmat yarışlarında qalibiyyətləri olmuşdur.

         Asiman Taekvondo Klubunun təşkilatçılığı ilə "12" dekabr Umummilli Lider Heydər Əliyevin Anım Günü"nə həsr olunmuş komandalar arası yoldaşlıq görüşündə fərqləndiyə görə məktəbin şagirdi Məryəm Əliyeva II yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur.

Şagirdlərimizlə fəxr edirik, gələcəkdə daha böyük uğurlar qazanmağı arzulayırıq!

#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#GənclərvəİdmanNazirliyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi