Dahi Lider adlı tədbir keçirildi

        12 dekabar tarixində 264 nömrəli məktəb-liseydə Ümummilli lider Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş "Dahi Lider" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Heydər Əliyevin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirildi.

              Məktəbin İngilis dili müəllimi Telman Rüstəmov Ulu öndərin həyat yolundan söhbət açdı. Şagirdlərin ifasında dahi şəxsiyyətə həsr olunmuş şeirlər, mahnılar səsləndirildi.

         Sonda məktəbin direktoru Mehriban xanım Mustafayeva öz  çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Heydər Əliyev müstəqil dövlətimizin qurucusu kimi daim qəlbimizdə yaşayacaq.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

https://www.facebook.com/100064083133547/videos/pcb.517152003764233/1209272439946784

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi