SAF 2022 Festivalında məktəbin komandası II yeri tutaraq gümüş medala layiq gorüldü

        Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə start verilib.

        SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.

        SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.

         Məktəbimizi bu festivalda Drone kateqoriyası üzrə "LOND" komandası təmsil etdi.

      Böyük sevinc və qürur hissi ilə bildiririk ki, LOND komandamız GÜMÜŞ MEDAL ilə festivalı başa vurdu. Yüzlərlə iştirakçı arasında belə bir uğur qazandıqları üçün şagirdlərimiz Fərid Dadaşov və Emil Teymurovu, onların valideynlərini, müəllimlərini, xüsusilə də komanda rəhbərləri olan məktəbin informatika müəllimi Xanım Əliyevani təbrik edirik!

        Uğurlarımız davamlı olsun!

#ElmVəTəhsilNazirliyi #EduAz #STEAM #Festival #SAF2022 #STEAMAZERBAİJAN

#BŞTİ

#264nömrəliMəktəb-lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi