I-XI sinif valideyn komitələri ilə görüş keçirildi

          29 noyabr 2022-ci il tarixində məktəbin I-XI sinif valideyn komitələri ilə görüş təşkil edildi. Görüşdə məktəbin direktoru Mehriban Mustafayeva, direktor müavinləri S.Həmidova, L.Cəbrayılova və K.Cabbarova, psixoloq S.Hüseynova, R. Bayramova və uşaq birliyi rəhbəri S. Nadirova iştirak etdilər.

           Mehriban xanım valideynləri nəinki narahat edən, eləcə də maraqlandıran məsələlərə toxundu. Sadəcə məktəb və onun problemləri yox, bütövlükdə təhsilidə müasir standartlar, həmin standartlara görə valideynin, məktəbin və müəllimin uşağın həyatındakı yeri, təhsilindəki rolu müzakirə olundu.

              Valideynin məktəbə hansı formada kömək edə biləcəyinə qədər bir çox məsələlərə toxunulub. Şagird-müəllim-valideyn arasında olan münasibətlərdən söz açan direktor bildirdi ki, şagirdin uğurlarında valideynin məktəblə nə qədər sıx əlaqəsinin olması çox böyük rol oynayır.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi