Məktəbin şəhid məzunu Elşən Salayev anıldı

             Bu gün məktəbin müəllim və şagird kollektivi şəhid məzunumuz Elşən Salayevin xatirə abidəsini ziyarət etdilər. İbtidai sinif müəllimi Asya Şeydayevanın rəhbərlik etdiyi 4 q sinif şagirdləri abidənin önünə qərənfillər düzüb, 1 dəqiqəlik sükutla şəhidləri yad etdilər. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla xanım Cəbrayılova şəhidlərə Allahdan rəhmət diləyib, şagirdlərə kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını, “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss etməyi tövsiyə etdi.

https://www.facebook.com/profile.php?id=100064083133547

 

#ZəfərGünü

#QarabağAzərbaycandır #KarabakhisAzerbaijan

#RəşadətliAzərbaycanOrdusu

#MüzəffərAliBaşKomandan

#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi