Sən Qalibsən, Azərbaycan adlı tədbir keçirildi

           Bu gün 264 nömrəli məktəb-liseyin 3A sinfində "Zəfər Günü"nə həsr olunmuş "Sən Qalibsən, Azərbaycan"adlı tədbir keçirildi. Tədbirin əvvəlində sinif rəhbəri Arzu Sarıyeva şagirdlərə 44 günlük müharibə haqqında məlumat verdi və bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi. Daha sonra şagirdlər "Xudayar" təsnifini ifa etdilər. Şagirdlər qələbə mövzusunda şeirlər səsləndirib, kiçik səhnəciklərlə tədbiri sonlandırdılar.

           Tədbirdə məktəbin direktoru Mehriban xanım Mustafayeva şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını xüsusi vurğulayıb öz arzularını bildirdi.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi