Zəfərimiz əbədidir adlı tədbir keçirildi

           04 noyabr 2022-ci il tarixində 264 nömrəli məktəb-liseyin həyətində "Zəfərimiz əbədidir" adlı möhtəşəm tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
            Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova açdı. Şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər, musiqilər səsləndirildi.
         Tədbirdə qonaq qismində iştirak edən II qrup Qarabağ qazisi Salahov Mirzə Şura oğlu və Mustafayev Faiq Məhəmməd oğlu cəbhə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Əsgərlərimizin döyüş şücaətlərindən söhbət açdılar.
            Tədbirin sonunda məktəbin direktoru Mehriban xanım Mustafayeva II Vətən müharibəsindəki qələbələrimizi qürur hissi ilə qeyd etdi. Daha sonra "Zəfər Günü" münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi