Böyük zəfərə doğru adlı xüsusi debat dərs keçirildi

       31.10 .2022 ci il tarixində 264 nömrəli məktəb-liseyin tarix müəllimi Elvira Mahmudovanın təşkilatçılığı ilə IX b sinfində "Böyük zəfərə doğru" adlı xüsusi debat dərs keçirildi. Dərs zamanı düşmənə qarşı sinə gəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İlk öncə tarix müəllimi Mahmudova Elvira şagirdlərə mənfur erməni ordusunun Azərbaycan xalqına qarşı tarixboyu vəhşicəsinə törətdiyi müsibətlərdən, soyqırımlardan, müharibələrdən, bu müharibələrə sinə gələn rəşadətli Azərbaycan ordusunun şücaətindən söhbət açdı. Şagirdlər qruplar şəklində çarpaz suallar əsasında fəal (interaktiv) təlim metodlarından istifadə edərək böyük zəfərə aparan məlumatları müzakirə etdilər. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etməsi ilə bağlı videoçarx nümayiş etdirildi.

https://www.facebook.com/100064083133547/videos/611129294097057

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi