BU YOL ZƏFƏR YOLUDUR

         11 oktyabr 2022-ci il tarixində Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və H.Əliyev adına Hərbi İnstitutun təşkilatçılığı ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərə həsr olunmuş hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlının və Hərbi Orkestrin “Bu yol Zəfər yoludur”adlı konsert proqramı təşkil olunub.
           Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, H.Əliyev adına Hərbi İnstitutun rəis müavini Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Rövlanov, şəhid atası, Xalq artisti Əli Nur, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin və məktəbimizin müəllim və şagird kollektivinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
           Sonra səhnəyə dəvət alan məşhur ifaçı Şəmistan Əlizamanlı tamaşaçılara hərbi vətənpərvərlik mövzularında möhtəşəm mahnılarını təqdim etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi