5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü"nə həsr olunmuş tədbir keçirildi

          264 nömrəli məktəb-liseydə "5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbirdə şəhid olan Təhsil işçiləri və onların timsalında bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

             Sonra təbrik üçün söz məktəbin direktor əvəzi Leyla Cəbrayılovaya verildi. Leyla xanım müəllimləri təbrik etdi və ürək sözlərini yazdığı şeirlə ifadə etdi.

             Məktəbin Həmkarlar Təşkilatının sədri Turan Salehova qabaqcıl müəllimləri xüsusi hədiyyələrlə təbrik etdi.

             Daha sonra şagirdlərin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirildi.

#BakıTəhsilİdarəsi#264nömrəliməktəb-lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi