SÜLHƏ GƏLİN, EY İNSANLAR!

              Bu gün, 264 nömrəli məktəb-liseydə “21 sentyabr-Beynəlxalq Sülh Günü” ilə əlaqədar “Sülhə gəlin, ey insanlar!” adlı tədbir keçirildi.

              Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

              Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hislərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik və adət-ənənələrə hörmət ruhu aşılamaqdan ibarətdir.

              Daha sonra Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verildi . Şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi