Xətai rayon İcra Hakimiyyətində 2021-2022-ci tədris ilinin yekunlarına və yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilib

13 sentyabr 2022-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində 2021-2022-ci tədris ilinin yekunlarına və yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, təhsil müəssisələrinin direktorları, tədris ili ərzində yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə məktəbimizi 650 baldan yüksək balla ali məktəblərə qəbul olan məzunları Həmişə Rauf Fərhad oğlu-651 balla ADNSU-İnformasiya Texnologiyaları ( tədris ingilis dilində) Əhmədova Nuray Xəqani qızı-661 balla BANM, neft-qaz mühəndisliyi (tədris ingilis dilində) və Bağırova Günel Azad qızı-ADNSU,İnformasiya təhlükəsizliyi(tədris ingilis dilində)təmsil etmişlər.

Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Məzunlarımızı təbrik edir və gələcək həyatda daha da böyük uğurlar əldə etməklərini arzulayırıq.

264nömrəliməktəblisey

#Təhsil

http://khatai-ih.gov.az/.../xetai-rayonunda-yuksek-bal...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi