Yay məktəbi layihəsi çərçivəsində "Gələcəyin peşələri" mövzusu müzakirə edildi

        24 iyul tarixində məktəbin informatika müəllimi, əməkdar müəllim Əhmədova Mətanət 8 d sinif şagirdləri ilə "Yay məktəbi" layihəsi çərçivəsində "Gələcəyin peşələri" mövzusunu müzakirə etdilər. Müzakirə zamanı İT sahəsində yaranan yeniliklərlə bağlı söhbətlər aparıldı və gələcəyin peşələri içərisində daha çox üstünlük təşkil edən İT sahəsi üzrə peşələrin, ixtisasçıların olması qeyd olundu. Sonra şagirdlər rebuslardan istifadə edərək bəzi anlayışları təkrar etdilər, həmçinin rebusları yaratmaq üçün onlayn proqramlardan istifadə etməyi öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi