Kitabların mənim həyatımda rolu adlı dərs təşkil edildi

          21 iyun 2022-ci il tarixində 264 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri Azadə Süleymanova və Malina Rüstəmova "Yay məktəbi" layihəsi çərçivəsində V-VII sinif şagirdləri arasında dərs təşkil etdilər. "Kitabların mənim həyatımda rolu" adlı mövzu şagirdlər arasında təhlil olundu. Şagirdlər müdriklərin kitab haqqında dediyi aforizmləri deməklə yanaşı, mövzu ilə də bağlı öz fikirlərini söylədilər. Müəllimlər şagirdlərə mövzuya aid açıqlamalar, tövsiyələr səsləndirdilər.

https://www.facebook.com/103671248275631/posts/437512618224824/

#Yayməktəbi

#Ümumtəhsil

#264nömrəliməktəb-lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi