Şəhidlər unudulmur

       08 iyun tarixində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan, 264 nömrəli məktəb-liseyin məzunu Salayev Elşən Fuad oğlunun ad gününə həsr edilmiş tədbir keçirildi.Tədbir şəhidin adına verilmiş parkda təşkil edildi. Tədbirdə İctimai və Humanitar Məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, 264 nömrəli məktəb-liseyin direktoru Sevda Qocayeva, hərbi müəllimi Dadaş Səfərov, şəhidin valideynləri və məktəbin şagirdləri iştirak etdilər. Anım mərasimində şagirdlər tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsini şeirlərlə yad ediblər. Onlar şəhidin keçdiyi qəhrəmanlıq yolundan, gələcəkdə Elşən kimi mərd, vətənpərvər oğul olacaqlarını bildirdilər. Tədbirdə şəhidin atası Fuad Salayev çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi