Hər birimiz bir çiçək əkək adlı dərs keçirildi

           10 may tarixində 264 nömrəli məktəb-liseyin 1"q" sinif şagirdləri sinif rəhbəri Şamilova Gülər müəllimənin rəhbərliyi ilə"Hər birimiz bir çiçək əkək" mövzusunda maraqlı bir dərs təqdim etdilər. Şagirdlərə güllər haqqında videoçarx nümayiş etdirildi, güllərə aid tapmacalar təqdim olundu və qruplarla iş aparıldı.

            Dərsdə məktəbin direktoru Sevda xanım Qocayeva və direktor müavini Leyla Cəbrayılova da iştirak edirdi. Onlar bu dərsdən xüsusi zövq aldıqlarını bildirib Gülər müəllimə və onun fəal şagirdlərinə minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi