AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Xarıbülbül - Şuşanın simvolu" adlı növbəti ustad dərsi keçirilib

         AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Xarıbülbül - Şuşanın simvolu" adlı növbəti ustad dərsi keçirilib. Ustad dərsi nəzəri hissədən və praktik dərsdən ibarət olub. Ustad dərsində Xətai rayon 264 nömrəli məktəb liseyin 7 c ve 7 ç sinif şagirdləri iştirak edib.

        Dərsdə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı Qarabağ xanlığı və Xanlığa aid olan Muzeydə qorunan eksponatlar, Şuşa şəhərinin tarixi, Şuşa qalasının açarları, Xarıbülbül çiçəyi haqqında məlumat verib. Sonra Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları - Nigar Əhmədli və Lalə Məmmədova tərəfindən uşaqlara gips fiquru üzərində Xarıbülbül çiçəyinin rənglənməsi qaydası öyrədilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi