İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu

               Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda məktəbin tarix müəllimi Soy Angelina 9-11-ci sinif şagirdləri ilə disput, İradə Əhmədova  isə 8 -10-cu  sinif şagirdlərinin  istirakı ilə dəyirmi masa təşkil etmişlər.  İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi