"5 mart- Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə idman həftəsi təşkil olunmuşdur

          "5 mart- Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə 264 nömrəli məktəb-liseydə idman həftəsi təşkil olunmuşdur.

         Layihə çərçivəsində məktəbimizin fiziki tərbiyə müəllimləri tədris etdiyi siniflərdə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar , mükafatlandırma və digər tədbirlər keçirmişlər.

           04 mart tarixində bu tədbirlərə yekun vurulmuşdur.

Tədbirdə məktəbin direktoru Sevda xanım Qocayeva çıxış edərək Xətai rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 21-22 fevral 2022-ci il tarixlərində Xocalı Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş”Mini futbol” üzrə turnirində məktəbin futbol komandasının I yerə çıxması münasibətilə məktəbi idman müəllimi Səfər Babayevi və komandasını təbrik etdi, şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onların idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı mövzusunda dəyərli fikirlər söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi