Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirildi

       Bu gün 264 nömrəli məktəb-liseydə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

       Tədbirdə məktəbin həkimi Aidə Əhmədova, məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova, psixoloq Sevinc Hüseynova bu mövzuda şagirdlərlə geniş söhbətlər apardı və şagirdləri maraqlandıran sualları cavablandırdilar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi