20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

         Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar 19 yanvar tarixində məktəbimizdə ilk dərslər xalqımızın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuşdur. Məktəbin akt zalında 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 20 Yanvar hadisələrini əks etdirən videoçarx təqdim edildi. Şagirdlərin ifasında şeirlər səsləndirildi. Sonda məktəbin direktoru Sevda xanım Qocayeva tədbir iştirakçılarına Qanlı Yanvar hadisələri haqqında öz təəssüratlarını paylaşdı.

          Allah bütün Şəhidlərə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi