Zəfər Günü münasibətilə tədbir keçirildi

         05 noyabr tarixində 264 nömrəli məktəb-liseydə 08 noyabr "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başladı. Canlarını vətən uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.

         Tədbirdə qonaq qismində iştirak edən Vətən Müharibəsində qəhrəmanlıq göstərən qazi Vüqar İsmayılov çıxış edərək ordumuzun güc-qüdrətindən, zabit və əsgərlərimizin torpaqlarımız uğrunda qəhrəmancasına döyüşməyindən söhbət açdı. Daha sonra şagirdlərin hazırladıqları videoçarxlar nümayiş olundu. Şagirdlərinmizin ifasında şeirlər, musiqilər səsləndi.

           Sonda məktəbin direktoru Sevda xanım Qocayeva çıxış edərək Xarıbülbül qoxulu, Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi