Şəhid Elşən Salayevin adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib

          Oktyabrın 18-də 264 nömrəli məktəb-liseyin məzunu Vətən müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun G.Mehmandarov küçəsində adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib.
        Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycanın Xalq artisti, şəhid atası Əli Nur, əməkdar artist Azad Şükürov, şəhidin ailə üzvləri, 264 nömrəli məktəb-liseyin direktoru Sevda xanım Qocayeva, müəllim və şagird kollektivi, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak ediblər.
        Mərasim tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
         Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Azərbaycan Ordusu böyük şücaət göstərərək 44 gün ərzində ermənilərin 30 illik “yenilməz, qalib ordu” mifini yerlə-yeksan ediblər: Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, peşəkar zabitlərin yetişdirilməsi, hərbçilərin döyüş təcrübəsinin artırılması tarixi Zəfər qazanmağımızı şərtləndirən başlıca amillərdir. Həmçinin qeyd olunub ki, bu gün şəhid Salayev Elşənin adını daşıyan parkın açılışı 18 oktyabr- Müstəqilliyin bərpasının 30-cu ildönümünə təsadüf edir.
Mərasimdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, çıxış edərək bildirib ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır.
Daha sonra tədbirdə şəhidin ailə üzvləri, məktəb direktoru çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar.
Mərasimdə şagirdlərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi