5 Oktyabr-Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi

            264 nömrəli məktəb-liseydə "5 Oktyabr-Müəllimlər Günü"nə həsr olunmuş möhtəşəm bir tədbir keçirildi.Tədbirdə qonaq qismində valideynimiz olan sevimli müğənni Bahar Lətifqızı və "TRİO qrupu-xanəndə və tar ifaçısı da var idi.

            Tədbirdə şəhid olan Təhsil işçiləri və onların timsalında bütün şəhidlərin anılması üçün 1 dəqiqəlik sükut elan edildi.

           Sonra təbrik üçün söz məktəbin direktoru Sevda Qocayevaya verildi.

          Məktəbin Həmkarlar Təşkilatının sədri Turan müəllimə qabaqcıl müəllimlərin fəxri fərman və xüsusi hədiyyə ilə təltif olunması haqqında müəllimlərə məlumat verdi və bu təşəbbüs müəllimlər tərəfindən alqışlandı.

           Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri-Leyla Cəbrayılova və Yaşar Mirzəliyev də öz ürək sözlərini yazdıqları şeirlə bildirdilər.

          Şagirdlərin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirildi. Bahar Lətifqızı da öz mahnıları ilə müəllimlərimizi təbrik edib hər kəsin zövqünü oxşaya bildi.

https://www.youtube.com/watch?v=61Ah0OzJaFc

https://www.youtube.com/watch?v=6ZA3zgygQ4I

https://www.youtube.com/watch?v=mixndIAVghs

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi