Anım Günü keçirildi

        27 sentyabr tarixində 264 nömrəli məktəb-liseydə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Anım Günü" keçirildi. Tədbirə qonaq qismində dəvət edilən məktəbin məzun şəhidi Elşən Salayevin atası Fuad Salayev, 44 günlük müharibə qazilərindən gizir Cavid Nurullayev, aprel döyüşlərində şəhid olan mayor Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova, Vətən müharibəsi iştirakçısı, məktəbin hərbi rəhbəri Dadaş Səfərov iştirak etdilər. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında mahnı və şeirlər səsləndirildi.

         Sonda məktəbin direktoru Sevda xanım Qocayeva çıxış edərək Vətən uğrunda şəhid olan igid oğullarımızı andı və müharibədə qəhrəmancasına döyüşən igidlərimizə öz təşəkkürünü bildirdi.

https://www.youtube.com/watch?v=mzIaGoLndlM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi