Kimya hər yerdə adlı tədbir keçirildi

         28 fevral tarixində 264 nömrəli məktəb-liseyin kimya müəllimi Ramilə İbrahimova məktəbin akt zalında “Kimya hər yerdə” adlı tədbir keçirmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər. Tədbirin keçirilməsinin səbəbi kimya elminin gündəlik həyatımızda yerini və önəmini şagirdlərə canlı şəkildə aşılamaq, fənnə qarşı maraq yaratmaqdır. Şagirdlərin kimyəvi elementlərə aid kiçik səhnəcikləri və təcrübələri tədbiri daha da maraqlı etdi. Sonda məktəbin direktoru Sevda xanım Qocayeva və direktor müavinləri tədbir haqda fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi