Xocalı-əsrin faciəsidir adlı anım günü keçirildi
26.02.2020-ci il tarixində 264 nömrəli məktəb-liseydə "Xocalı-əsrin faciəsidir"adlı anım günü keçirildi. Şagirdlərin ifasında Xocalıya aid şeirlər səsləndirildi, onların təqdim etdiyi kompozisiya şagirdlərimizdə vətənpərvərlik hissinin güclü olduğunu bir daha təsdiq etdi. Xocalıya aid divar qəzetləri və inşalar da Xocalı soyqırmını unutmadığımızın bariz nümunəsidir.