Xocalı faciəsinin 28 ildönümünə həsr olunmuş tədbir keçirildi

           25 fevral tarixində 264 nömrəli məktəb-liseydə Xocalı faciəsinin 28 ildönümünə həsr olunmuş tədbir keçirildi. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

            Tədbirdə şagirdlər Xocalı soyqırımının XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələri ilə bir sırada durduğunu qeyd etdilər. Belə ki, bir gecənin içində Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşmüş, girov götürülmüşdür. Nə qədər insan erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur. Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır.

               Daha sonra şagirdlərin ifasinda şeirlər səsləndi. Soyqırımla bağlı şagirdlərin hazirladığı qəzetlər və rəsmlər nümayiş etdirildi.

          Məktəbin direktoru Sevda xanım Qocayeva, direktor müavinləri Leyla Cəbrayılova və Yaşar Mirzəliyev çıxış edərək soyqırım haqqında geniş məlumat verdilər və şagirdləri vətənpərvər ruhda böyüməyə səslədilər. 

              Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi