Xocalı Sonuncu gün adlı açıq dərs keçirildi
24 fevral tarixində 264 nömrəli məktəb-liseyin 6d sinfində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı Sonuncu gün”adlı açıq dərs keçirilmişdir.
Tarix müəllimi A.Tsoy şagirdlərə tarixi faktları, bu soyqırıma gətirən səbəbləri və o dövrdəki siyasi vəziyyət haqqında geniş məlumat verdi. Bundan sonra şagirdlər bu mövzuda biliklərini nümayiş etdirmiş, hazırladıqları çıxış və şeirlərini söylədilər. Şagirdlər bu soyqırımın qurbanları və qəddar erməni faşistləri, onlara kömək edən 366-cı atıcı diviziyanın qəddar hərəkətləri haqda müzakirələr apardılar. Xocalı Soyqırımının qurbanları sükutla anıldı. Sonda məktəb-liseyin direktoru S.Qocayeva soyqırım haqqında fikirlərini, tədbir ilə bağlı təəssuratlarını bildirib, şagirdlərə bu tarixi dərsi unutmamağı tövsiyə etdi.