21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi

          21 fevral Beynəlxalq Ana dili günüdür. Məktəbimizdə bu günə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Tədbir Dövlət himnimizin səslənməsi ilə başlandı. Sazda  8 sinif şagirdinin gözəl ifasını dinlədikcə Ana dilimizin dərin köklərə bağlı olduğunu bir də şahidi olduq. Dilimizin qorunmasında, bu günün Ana dili günü kimi qeyd olunması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olması vurğulandı. Şagirdlərin bir-birindən gözəl çıxışları, rəqsləri və ifaları könlümüzü oxşadı. Tədbir məktəb rəhbərliyinin çıxışı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi