Şəhidlər ölməz, Vətən bölünməz!

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi... Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.

Bu yüksəkliyə ucalanalar ölmürlər, əbədi ölümzülüyə qovuşurlar.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə yada salınır, xatirələrimizə dərin həkk olunur.

1990-cı ilin qanlı 20 Yanvar gecəsində gedən döyüşlərdə yüzlərcə igid övladlarımız uca şəhidlik zirvəsinə yüksəlmişdir. Onları bir amal birləşdirirdi: “Biz gəldi-gedərik, təki vətən yaşasın!”.

Bu qanlı gün məktəbimizdə də yad edildi. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Çiçək Əliyevanın təşkilatçılığı və 6-E sinif şagirdlərinin iştirakı ilə 20 Yanvara həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirildi. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Şagirdlərin timsalında həmin gecə baş verən hadisələr işıqlandırıldı. Zəhra, Xanım və İsanın İlham və Fərizəyə aid hazırladıqları səhnəcik tədbir iştirakçılarını duyğulandırdı. İnsanların sovet ordusunun əsgərləri tərəfindən əzilərək gülləbaran edilməsi, yaralılara yardım edilməsi də şagirdlər tərəfindən səhnələşdirilmişdi.

Tədbirdə məktəbin direktoru Nurqələm xanım Bayramova, direktor müavinləri və müəllimlər iştirak etdilər. Hər kəs həmin günlə bağlı öz xatirələrini danışdı. Tədbir şəhidlərimizin xatirəsinə hazırlanmış slaydların nümayiş edilməsi ilə sonlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi