Ana Dilimizin zənginliyi və Molla Pənah Vaqifin 300 illiyi işığında

12 yanvar 2017-ci ildə böyük Azərbaycan şairi M.P.Vaqifin anadan olmasının 300 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı imzalanmış və icrası ilə əlaqədar geniş tədbirlər planı hazırlanmışdır.

Bu ənənəni məktəbimzidə də qürurla davam etdirdik.

Tədbirin aparıcısı olan məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevinc xanım Vaqifin 300 illik yubileyinin Respublikamızda təntənəli surətdə keçirildiyini və rayon təhsil ocaqlarında silsilə şəkildə şairin yubileyinin qeyd olunduğunu bildirdi. Və bugünkü tədbirimizin elə məhz Ana dilimizin zənginliyi və Vaqifin 300 illiyinə həsr olunduğunu vurğuladı. Daha sonra Vaqifin həyat və yaradıcılığı barədə geniş məlumat verildi.

Tədbir bir neçə səhnədən ibarət idi:

         1. İlk səhnə Ana dilimizə həsr olunmuşdu ki, burada Ana dilimizin zənginliyinin, ifadəliliyinin, mükəməlliyinin ən dolğun ifadəsini Vaqif yaradıcılığında nümayiş olunur. Daha sonar Vaqiflə Vidadinin deyişmə səhnəciyi  göstərilir. Bu səhnədə köhnə dostlar təsadüfən qarşılaşır, hal-əhval tutur, söhbətləşir və səyahətə çıxmağa qərar verirlər.

         2. Səhnədə İbrahim xan, Şeyx, Vidadi və səhnəni əyləndirən Təlxək görünür. Burada Şeyx həmişə olduğu kimi Xana yaltaqlanır və təhsilə qarşı çıxır. Vidadi gələrək Ibrahim xana ölkənin daxili vəziyyətini və təhsilin   nə qədər önəmli olduğunu başa salır.

         3. İbrahim xanla Vaqifin Kür qırağına gəlməsi səhnəsi canlandırılır. Burada Vaqiflə İbrahim xan oturub Azərbaycanın təbiətinin necə saf, təmiz olduğundan danışırlar. Vaqif yol boyu yazdığı şeirlərdən İbrahim xan  üçün oxutdurur və onlar səyahətlərinə davam edirlər.

        4. Vidadi Qacarın hüzuruna gəlir və qətiyən Qacara baş əymir, sona qədər dedikleərinin üzərində durur. Beləliklə, Vidadi xalqın rəğbətini qazanmış olur.

Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardr. Şagirdlərin böyük həvəslə canlandırdığı səhnəciklər, söylənilən şeirlər və rəqslər izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Tədbirin sonunda Azərbaycanın qədim və sevilən rəqslərindən olan “Yallı” rəqsi ilə tədbir sona çatır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi