"Uşaq Hüquqları Aylığı" çərçivəsində ibtidai sinif müəllimlərinin birgə layihəsi keçirildi

Uşaq hüquqları- qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını özündə cəmləşdirən universal anlayışdır. Bu gün dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir.

7 noyabr bütün dünyada Uşaq Hüquqlaının Müdafiəsi kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr- Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Uşaq Hüquqları Aylığı” elan edilir.

Uşaq hüquqları aylığı çərçivəsində məktəbimizin ibtidai sinif müəllimləri M.İlahə, M.Ceyran və B.Ayşənin “Kompasito” dərsliyindən götürülmüş “Yeni torpaqlara səyahət” mövzusunda birgə layihəsi baş tutdu. Layihənin icrasında məqsəd şagirdlərdə sərbəst mühakimə yürütmək bacarığının formalaşması, eyni zamanda istək və təlabatların fərqləndirilməsi olub.  Tədbir 3-C sinif şagirdi Aysunun bu şeirlə başladı:

Yer üzündə uşaqlar var,

Rəngi qara, rəngi sarı

Gəlin dostlar salamlayaq

Bu gün bütün uşaqları

Daha sonra 5-E sinif şagirdi Aylin uşaq hüquqlarının tarixi haqqında məlumat verdi. Şagirdlərin şeirlər söylədilər, xorla “Göyərçinik biz” mahnısını oxudular, 3-C sinif qızları isə “Şən Azərbaycan” rəqsini etdilər. Uşaq hüquqlarından bəhs edən Nuray və Abutalıb “Ana və bala”, Aylin və Əkrəm isə “İki dost”  səhnəciyini nümayiş etdirdilər.

Sonda isə bütün şagirdlərin ifasında “Heydərbabanın nəvələriyik” mahnısı ifa olundu.

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Odur ki, nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin və hər bir ailənin işidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi