Zəfər səninlədir,Azərbaycan!

 

Məktəbin 7a sinif şagirdləri,sinif rəhbəri Tamilla Əlləzova və məktəbin laborantı Aygün Məmmədovanın təşkilatçılığı ilə "Zəfər səninlədir,Azərbaycan!adlı tədbir keçirildi. Xətai RİH əməkdaşı Lamiyə xanım,Şəhid valideynləri,məktəbimizin məzunu qazi Ayaz Mehrəliyevin  iştirak etdikləri Zəfər tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açıq elan edən məktəbin direktoru Nurqələm xanım öz çıxışında bildirdi ki,ürəklə,qürur hissi ilə deyirik ki,azad edilmiş torpaqlarımızda bu gün bizim tariximiz,mədəniyyətimiz bərpa olunur.Biz bu torpaqları düşməndən azad etməklə,eyni zamanda milli mədəniyyətimizi,keçmişimizi bərpa etmişik.Hər birimiz bu gün qürurla deyə bilirik ki,Qarabağ Azərbaycandır!

 Daha sonra şagirdlərin hazırladığı çıxışlara baxıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi