Zəfər səninlədir,Azərbaycan!

Zəfər günü Azərbaycan tarixinin,xalqımızın taleyində müstəsna rolu, dəyəri və əhəmiyyəti olan bir bayramdır. Bizim tarixi günlərimiz,möhtəşəm milli,dini bayramlarımız çoxdur. Amma Zəfər bayramı bunların zirvəsində dayanır. Bu tarixi bayramı daim yaşatmaq üçün məktəbin uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı və fiziki tərbiyə müəllimi Elnur Mustafayevin köməkliyi ilə şagirdlərlə birlikdə mini futbol,şahmat yarışları keçirilmişdir.