Kikboksinq idman növü üzrə bır sıra qalibiyyətlər əldə etmiş şagirdimiz.Məktəbimizin 9c sinif şagirdi Əskərli Zakir Kikboksinq idman növü üzrə bir sıra yarışlarda kubok və birinciliklərə layiq görülmüşdür.Şagirdimizə uğurlarının bundan sonra da davamlı olmasını diləyirik.
Şagirdimiz yeniyetmələr arasında keçirilən yarışda ikinci yerə layiq görülmüşdür.Məktəbimizin 6b sinif şagirdi Qədimova Vüsalə Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə Taekvando idman növü üzrə Azəri Liqa-nın təşkil etdiyi Klublararası Liqa döyüşlərində,yeniyetmələr arasında keçirilən yarışda ikinci yerə layiq görülmüşdür.Şagirdimizi ürəkdən təbrik edir,uğurlar arzu edirik.
"Məktəblilərin Respublika çempionat"ında birincilik255 nömrəli tam orta məktəbin 10c sinif şagirdi Aslanova Zemfira,Taekvando idman növü üzrə "Məktəblilərin Respublika çempionat"ında birinci yerə layiq görülmüşdür.Şagirdimizi ürəkdən təbrik edir,uğurlarının davamlı olmasını diləyirik.