Yay düşərgəsi

    Azərbaycan  Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Qusar rayonu Yasab kəndində "Şən yay-2019 " layihəsi  icra olunmuşdur. Layihəyə  15 avqust 2019-cu il tarixində başlanmışdır. "Şən yay-2019 " layihəsi 15 noyabr 2019-cu ildə başa çatır. "Şən yay-2019 "layihəsində  Sabunçu rayonunun   və Qusar rayonu Yasab kəndinin məktəbliləri  birgə iştirak edərək dincəlmişlər.

     Sabunçu rayonundan "Şən yay-2019 " layihəsində Maştağa qəsəbəsi 255 №-li tam orta məktəbin bir qrup X sinif şagirdləri Əhmədzadə Cəmaləddin, Mehdiyev Rəşad, Quliyev Qəzənfər, Cəfərov Vaqif , Bağırov Orxan, Cəlilov Miralim, Həsənov Müzəffər, Rəcəbli Mövsüm fəal iştirak etmişlər. Gənclər, istirahət günlərində, Qusar rayonu Yasab kəndinin  ətraf meşələrinə, "Qara Baba"  Pirinə,qədim Alban məbədinə ,fəvvarəyə, bulaqlara, taxıl zəmilərinə, moruqluğa maraqlı  ekskursiyalar etmiş, futbol, voleybol, basketbol,” Çarpaz qollar”, “Hədəfi seç”  mütəhərrik idman oyunlarında, komanda  yarışlarında həvəslə iştirak etmışlər. “Oriqami” təşkilatının sərəncamında olan  "  Yol hərəkəti " oyun dəsti vasitəsilə istirahət edən hər bir gənc rollu-situativ oyunda  aktiv iştirak edərək yolu keçərkən təhlükəsiz yol hərəkəti qaydalarına ciddi əməl olunması və onlara riayət edilməsini qurulmuş dekorasiyada canlı nümayiş etdirmişlər.

      “Oriqami” təşkilatı uşaqların Qusar rayonunda yay istirahətini  səmərəli, təhlükəsiz, daha maraqlı etmək məqsədi ilə  yerli idarəetmə strukturları- qəsəbə Nümayəndəliyi, Bələdiyyə, kənd klubu, tibb məntəqəsi ilə sıx əlaqələr qurmuş və birgə tədbirlər həyata keçirmişdir. Düşərgədə dincələn gənclər ilə yerli yeniyetmələr arasında mehriban münasibətlər qurulmuş , bir neçə fərdi oyun və komanda idman  yarışları keçirilmişdir.

       Qusar rayonu  İcra Hakimiyyəti Başçısının Yasab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Asəf  Quliyev,  Yasab kənd Bələdiyyəsinin sədri İlkin Şəfiyev tez-tez düşərgəyə gələrək uşaq və yeniyetmələrin istirahəti ilə maraqlanmışlar.Yasab kənd klubu uşaqlar üçün səyyar kitabxana təşkil etmiş, Xaçmaz Mədəniyyət Evi  isə   düşərgədə 2 dəfə konsert təşkil etmişdir. Gənclərin rasional və yüksək kalorili qidalanmasına  həmişə  diqqət yetirilmişdir. Aşbaz Sevil xala uşaqlara ləzgi lavaşı, çox ləzzətli və dadlı yeməklər bişirmişdir.   2019-cu ilin yay mövsümü yeniyetmələrin, gənclərin xatirində həmişə qalacaqdır.
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi  2019-cu ilin yay mövsümündə gənclərə qayğısız, fərəhli günlər  yaşatdığına, onlar üçün gözəl yay istirahətinin təşkilinə görə  Azərbaycan Respublikasının Gənclər Fonduna, Qusar rayonu  RİH-nin Yasab kənd  İƏD-üzrə Nümayəndəliyinə, Sabunçu rayonu  Maştağa qəsəbəsi 255 № li məktəbin müdiriyyətinə  minnətdarlığıını bildirir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi