"Beynəlxalq sülh günü"

    21 Sentyabr-"Beynəlxalq sülh günü" ilə əlaqədar məktəbimizin 4 "c" sinfində tədbir keçirildi. Şagirdlər "Sülh-müharibə və zorakılığın qarşısını alan ümumbəşəri və mənəvi dəyərdir", "Qoy həmişə sülh olsun" mövzuları adı altında çıxışlar etdilər. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin,  hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və vətəndaşların sülh şəraitində yaşamaq arzusunda olduğunu bildirdilər. Sonda şagirdlərin mövzu əsasında hazırladıqları rəsm əsərləri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi