"Bilik günü"

Məktəbimizdə 16 Sentyabr tarixində “Bilik günü” qeyd edildi. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Bu gün münasibətilə məktəbin direktoru Mətanət Məmmədova tədbir iştirakçılarını, xüsusilə də ilk dəfə məktəbə ayaq basan birinciləri təbrik etdi, onlara təhsildə uğurlar arzuladı. Məktəbin birinciləri tədbir iştirakçıları qarşısında çıxış edərək şerlər söylədilər. Tədbirin sonunda şagirdlər ilk zəng sədaları altında sinif otaqlarına daxil oldular.